Güləşçimiz Avropa çempionatında finala yüksəldi

14 Mart, 13:00 Sosial mediada paylaşın:
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Yarışın ilk günündə pəhləvanlarımızdan Xasay Həsənli finala yüksəlib. 77 kq-da çıxış edən idmançımız təsnifat mərhələsində türkiyəli Şahan Acardan üstün olub. 1/4 finala adlayan təmsilçimiz bu dəfə yerli idmançını ram etməkdə çətinlik çəkməyib. Həlledici mərhələyə gedən yolda ukraynalı Mukuta Politayevi də mübarizədən kənarlaşdıran Həsənli finalda moldovalı Aleksandr Qutu ilə üz-üzə gələcək. Mübarizəyə qoşulan digər idmançılarımızdan Rahim Həsənov, Ziya Babaşov, Məhəmməd Əhmədiyev və Sərxan Məmmədov ilk görüşdə mübarizəni dayandırıblar. Qeyd edək ki, Sərxan Məmmədovun ilk görüşdə məğlub olduğu ukraynalı idmançı finala yüksəldiyi üçün Məmmədov bu gün təsəlliverici qarşılaşmada iştirak edəcək. Onun rəqibi isə rumıniyalı Gean Ali olacaq. 23 yaşadək güləşçilərin Avropa çempionatı martın 19-dək davam edəcək.

CANLI YAYIM