Sərbəst güləş millimiz Avropa birinciliyinin qalibi oldu

1 İyul, 15:00 Sosial mediada paylaşın:
Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub. Qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan yeniyetmələrdən ibarət sərbəst güləş millimiz yarışın çempionu olub. Komandamız ümumi sıralamada 160 xal toplayıb. Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. 119 xal toplayan Türkiyə komandası isə üçüncü yeri tutub.
Böyük məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında Muhamməd İsmayılov və İsa Yusibov qızıl, Hüseyn İsmayılovla Muxamad Qantemirov gümüş, Hacıhüseyn Əhmədzadə və Hüseyn Hüseynov isə bürünc medal qazanıb. Xatırladaq ki, daha əvvəl yunan-roma üsulu ilə güləşdə də komandamız birinci olmuşdu.

CANLI YAYIM