"Sabah" yenidən zirvəyə qayıtdı

13 Mart, 15:59 Sosial mediada paylaşın:
Basketbol Liqasında 21-ci turun son oyununda “Olimpik” “Sabah”ı qəbul edib.
Paytaxt basketbolçuları görüşə fəal başlasalar da, onlar ilk periodda yalnız 2 xal fəriq ilə irəli çıxıblar. İkinci hissədə “Olimpik Şəki” komamndası inamlı oyun nümayiş etdirib və meydan sahibləri böyük fasiləyə 45:42 hesablı üstünlüklə yollanıblar. Sonrakı iki periodda görüş xala-xal prinsipi ilə davam edib. Matçın əsas vaxtıında komandalar hərəyə 73 xal toplayıblar. Görüşün taleyi əlavə vaxtda həll olnunub. Atışları daha dəqiq olan “Sabah” baketbolçuları yekunda 86:80 hesabı ilə qalib gəliblər. Larri Robinson görüşün ən məhsuldar basketbolçusu  seçilib.    “Olimpik Şəki”nin üzvü 36 xal və  9 ribaundla fərqlənib.  21 turdan sonra hesabında 36 xal olan “Sabah” və NTD ilk iki pilləni bölüşür. Onlardan bir xal az toplayan “AAAF Xırladan” 3-cü, hesabında 34 xalı olan “Sərhədçi” 4-cü yerdədir. 5-ci pillədə olan “Gəncə”nin 33 xalı var. “Neftçi” 28 xalla 6-cıdır.  “Zirvə Astara”  və “Olimpik Şəki” isə autsayderdir.

CANLI YAYIM