Türkiyə klubları səfərdə məğlubiyyətlə üzləşib

9 Mart, 17:00 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 27-ci tura yekun vurulub. Son oyun günü Türkiyə komandaları üçün uğursuz alınıb. Çempionatın liderlərindən  “Fənərbağça” Təl-Əvivdə “Makkabi” ilə bacarmayıb.  İlk bölümdə istanbullular inamlı təsir bağışlasa da, fasiləyə qədər İsrail təmsilçisi vəziyyəti xeyrinə dəyişə bilib. İkiinci hissədə də “Makkabi” oyuna nəzarəti əlində saxlayıb. Xüsusilə 21 xal toplayan Lorentso Braun “Fənərbağça”nın müdafiəsini gərginlikdə saxlayıb.  Beləliklə “Makkabi”yə 74:78 hesabıyla uduzan “Fənərbağça” Avroliqada 3 oyundan sonra məğlub olub.
“Anadolu Efes” isə Belqradda “Srvena Zvezda” qarşısında aciz qalıb. İlk 3 bölümdə meydanda bərabər səviyyəli oyun getsə də, son periodda istanbul basketbolçuları çətin vəziyyətə düşüblər. 10 dəqiqə ərzində 8 xal toplayan Ergin Atamanın komandası rəqibinə bu müddət ərzində 26 xal toplamağa imkan verib. “Srvena Zvezda”nın heyətində 22 xalla fərqlənən Fakundo Kampatso son dəqiqələrdə rəqibə çətin anlar yaşadıb: Srvena Zvezda – Anadolu Efes 94:75.
 Liderlik uğrunda mübarizə aparan “Monako” turun son oyununda “Panatinaikos”u 84:70 hesabıyla məglub edib. “Knyazlıq klubu”nun heyətində Alfa Diallo ilə Cordan Loyd görüşün ən məhsuldar oyunçusu olub.  27 turdan sonra “Olimpiakos” 19 qələbə ilə turnir cədvəlinə başçılıq edir. Hərəyə 18 qələbə qazanan “Real Madrid”lə “Barselona” 2-ci-3-cü pillələri bölüşür.

CANLI YAYIM