Biatlon üzrə dünya çempionatı başa çatıb

20 Fevral, 17:04 Sosial mediada paylaşın:
Almaniyanın Oberhof şəhərində keçirilən biatlon üzrə dünya çempionatı başa çatıb.
Mundialın son günündə azarkeşlər kişilər və qadınlar arasında mass-start yarışının şahidi olub. Kişilərin mübarizəsində 2018-ci ildə Pxençxan Olimpiadasının qalibi olan Sebastyan Samuelsson qalib gəlib. İsveçli idmançı atışlarda yanlışlığa yol vermədən 15 km məsafəni 36 dəqiqə 42 saniyəyə qət edərək karyerasında ilk dəfə dünya ilk dəfə dünya çempionluğu sevincini yaşayıb. Yeri gəlmişkən, Samuelsson İsveç tarixində dünya çempionatında mass-start yarışını qazanan ilk kişi biatlonçu kimi tarixə düşüb. Ondan 9 saniyə geridə qalan həmyerlisi Martin Ponsilouma gümüş medala sahib çıxıb. Oberhofda 5 qızıl və 1 gümüş medal qazanan norveçli 5 qat olimpiya çempionu Yohannes Bö fəxri kürüsünün 3-cü pilləsinə yüksəlib.Qadınların mübarizəsində isə isveçli idmançı uğur qazanıb. Atışlarda cəmi 2 yanlışlığa yol verən Hanna Eberq 12,5 km məsafəni 36 dəqiqə 48 saniyəyə keçərək karyerasında ikinci dəfə dünya çempionu olub. Ondan 4,8 saniyə geri qalan norveçli İnqrid Landmark Tandervold ikinci, fransalı Juliya Simon 3-cü olub. Beləliklə də Norveç millisi 5 qızıl, 5 gümüş və 3 bürünc medalla komanda hesabında birinci yeri tutub. 3 qızıl, 3 gümüş və 5 bürünc medalla İsveç yığması 2-ci, 2 qızıl və 2 bürünc medalla Fransa seçməsi 3-cü olub. Növbəti dünya çempionatı gələn mövsüm Çexiyanın Nove Mesto na Morave şəhərində keçiriləcək.

CANLI YAYIM