Britaniya komandaları yarış avtomobillərini təqdim edib

14 Fevral, 17:21 Sosial mediada paylaşın:
Yeni mövsümə hazırlığı davam etdirən Formula 1 komandaları bolidlərini ictimaiyyətə təqdim edir.  Ötən mövsüm Mühəndislər Kubokunda 9-cu yeri tutan “Uilyams” sürət həvəskarlarını yeni “FW45” bolidi ilə tanış edib. Yeni mövsümdən bu komandanın uğurları üçün britaniyalı Aleksander Albonla amerikalı Loqan Sarcent mübarizə aparacaq.
Ötən ili 5-cı sırada başa vuran “Maklaren” isə yeni ildə daha iddialı çıxış etmək istəyir. Mövsümlərarası fasilə dövründə Daniel Rikkiardonun “Red Bull”a qayıdışından sonra Britaniya komandası daha bir avstraliyalı pilot Oskar Piastri ilə anlaşıb. Təbii ki, komandanın əsas pilotu isə Lando Norris olacaq. Yeri gəlmişkən, “Maklaren” də “Uilyams” kimi bolidini təqdim edib. Bu dəfə Böyük Britaniya komandası “MCL60” indeksli yarış avtomobili ilə mübarizə aparacaq.
“Aston Martin”in yeni bolidi isə “AMR23” adlanacaq. Ötən mövsümü 7-cı sırada başa vuran Böyük Britaniyanı təmsil edən komanda ictimaiyyəti yarış maşını ilə tanış edib.  Bu mövsüm “Aston Martin” kanadalı Lens Strolla ispaniyalı 2 qat dünya çempionu Fernando Alonsoya güvənəcək.  Xatırladaq ki, 4 qat dünya çempionu Sebastyan Fettelin karyerasını bitirməsindən sonra “Aston Martin” “Alpin”də çıxış edən Fernando Alonsoya dəvət göndərib.

CANLI YAYIM