Bu gün Azərbaycan Televiziyasının 67 yaşı tamam olur

14 Fevral, 11:00 Sosial mediada paylaşın:
Bu gün Azərbaycan Televiziyasının yaranma günüdür. 67 yaşlı televiziyamız 1956-cı il fevralın 14-də tamaşaçıların görüşünə gəlib. 
Böyük inkişaf yolu keçən Azərbaycan Televiziyası ölkə həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rola malikdir. AzTV-nin nəzdində fəaliyyət göstərən “İdman TV” və “Mədəniyyət TV” kanalları da öz sahələri üzrə ixtisaslaşmış müasir media qurumuna çevrilib. Fevralın 1-də İdman telekanalı 14 yaşını qeyd etdi, bu gün isə “Mədəniyyət TV”nin efir fəaliyyətinə başlamasından 12 il ötür. Peşə bayramımız münasibətilə bütün həmkarlarımızı təbrik edir, tükənməz yaradıcılıq uğurları arzulayırıq.

CANLI YAYIM