"Böyük Dəbilqə" turnirininin son günündə cüdoçularımız 2 medal qazanıb

6 Fevral, 12:40 Sosial mediada paylaşın:
Fransada “Böyük Dəbilqə” turnirinin son günündə komandamız daha 2 mükafat qazanıb. Parisdəki yarışda 90 kq çəkidə çıxış edən Murad Fətiyev finala kimi inamla irəliləyib. O, Qazaxıstan, Qabon, Fransa, Niderland və Gürcüstan idmançılarına qalib gəlib. Həlledici görüşdə isə Niderland cüdoçusu Noel van Endlə bacarmayan Murad Fətiyev gümüş medalla kifayətlənib.
100 kqda isə Zelim Kotsoyev fəxri kürsüyə qalxıb. Cüdoçumuz təsəlliverici görüşdə Özbəkistan idmançısına qalib gələrək 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə əldə edib. Burda isə Belçika təmsilçisi Toma Nikiforovdan güclü olaraq bürünc mükafata layiq görülüb. Beləliklə komandamız Paris turnirini 1 dəst medalla başa vurub. Xatırladaq ki, yarışın ilk günündə Balabəy Ağayev qızıl medal əldə edib.

CANLI YAYIM