"Zagreb Open" turnirində yunan-Roma güləşçilərimiz yarışı 3 medalla başa vurub

6 Fevral, 12:15 Sosial mediada paylaşın:
Xorvatiyada ilin ilk yekun turniri başa çatıb.
Zaqreb şəhərindəki yarışın son günündə mübarizə qoşulan yunan-Roma güləşçilərimizdən 2-i fəxri kürsüyə qalxa bilib. 60 kq-da Nihat Məmmədli finala kimi rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada İran idmançısına uduzan güləşçimiz gümüş medal əldə edib. 97 kq çəkidə ölkəmizi təmsil edən Murad Lokyayev isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Təsnifat mərhələsindən bürünc medal uğrunda görüşə vəsiqə əldə edən pəhləvanımız burda Serbiya idmançısı ilə üz-üzə gəlməli idi. Amma rəqib zədələndiyindən qarşılaşmaya çıxmayıb və Murad Lokyayevə texniki qələbə verilib.
Bununla da, yunan-Roma güləşi komandamız turniri 3 mükafatla yekunlaşdırıb. Daha əvvəl 63 kqda Taleh Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, sərbəst güləşçilərimiz yarışı 8, qadın kollektivimiz isə 1 medalla başa vurmuşdu.

CANLI YAYIM