Bundesliqa İdman TV-də!

3 Fevral, 12:15 Sosial mediada paylaşın:
“Böyük beşlik” ölkələrinin ən maraqlı çempionatlarından biri olan Bundesliqa İdman TV vasitəsilə canlı yayımlanacaq.
“Bavariya” və Dortmund “Borussiya”sı kimi komandaların diqtə etdiyi liqada hər il futbol həvəskarları əsl şounun şahidi olursa, bu mövsüm çempionatda intriqa daha da yüksək həddə çatıb. Çempionluq uğrunda mübarizədə artıq “Bavariya”ya qoşulan komandalar da var.  Bu mənada “Yunion Berlin”, “Leypsiq”, “Frayburq” və “Ayntraxt” kimi klubları fərqləndirmək olar. Üstəlik bundesliqada mövqeyini qorumaq uğrunda da komandalar amansız mübarizəyə qoşulub. Bundesliqa həm də hücum futbolu sərgiləyən komandaların çempionatıdır. Futbolun yaraşığı qoldursa, bu mənada Almaniya çempionatı milyonların sevimli oyununa əsl yaraşıq qatır. İdman Tv bol qollu matçları ilə futbol həvəskarlarının zövqünü oxşayan Bundesliqanı yenidən ekranlarınıza gətirir. Kanalımızda hər turun bir neçə  oyunu azarkeşlərə təqdim olunacaq. Sadio Mane,  Leroy Sane, Tomas Müller, Leon Qoretska, Dani Olmo, Timo Verner, Kristofer Nkunku, Marko Roys və Cud Bellingem kimi dünya ulduzları məhz “İdman TV” vasitəsilə qonağınız olacaq.

CANLI YAYIM