"Neftçi" kolumbiyalı futbolçu ilə maraqlanır

23 Yanvar, 13:25 Sosial mediada paylaşın:
“Neftçi” heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir.
Bu yaxınlarda fransalı yarımmüdafiəçi ilə müqavilə bağlayan komanda daha bir futbolçu ilə güclənə bilər. Paytaxt klubu kolumbiyalı yarımmüdafiəçiyə maraq göstərir. Orlando Berrio hazırda doğma ölkəsinin “Agilas Dorados Rioneqro” klubunda çıxış edir. Kolumbiya millisində 6 oyun keçirən futbolçu Braziliyanın “Flamenqo” və “Ameriko Mineyro” klublarının da şərəfini qoruyub. Danışıqlar müsbət yekunlaşarsa, Orlando Berio “Neftçi”nin qış fasiləsində növbəti transferi olacaq.

CANLI YAYIM