"Kəpəz"dən böyükhesablı qələbə

19 Yanvar, 14:08 Sosial mediada paylaşın:
Antalyada təlim-məşq toplanışında olan "Kəpəz" də sonuncu yoxlama matçına çıxıb.
Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb. Matç "Kəpəz"in 3:0 hesablı qələbəsiylə başa çatıb. Gəncə təmsilçisinin heyətində Ahmed Ayzaya dubl edib. Digər qolu isə Mate Kvirkiya vurub. Qeyd edək ki, "Kəpəz" Türkiyədə keçirdiyi əvvəlki matçlarda "MTK Budapeşt"i (Macarıstan) 1:0 hesabı ilə məğlub edib, Serbiyanın "Novi Bazar" klubu ilə 0:0 hesablı heç-heçə edib.

CANLI YAYIM