Kriştianu Ronaldu ilk görüşündə Messi ilə üz-üzə gələcək

17 Yanvar, 15:16 Sosial mediada paylaşın:
Ötən il dekabrın 30-da azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna yüksək maaş müqabilində keçidi rəsmiləşən Kriştiano Ronaldonun komandasının heyətində çıxacağı ilk qarşılaşma müəyyənləşib.
37 yaşlı portuqaliyalı dünya ulduzu Ərəbistan yarımadası təmsilçisi ilə debüt matçını Fransanın PSJ klubuna qarşı keçirəcək. Bu görüş eyni zamanda növbəti Kriştiano Ronaldo və Lionel Messi qarşılaşması kimi də əlamətdar olacaq. Dünya ulduzları sonuncu dəfə 2020-ci il UEFA Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəliblər. Həmin görüşdə “Yuventus”un heyətində çıxış edən Kriştiano dubl edərək ümumi hesabda 3:0 hesabı ilə qalib gələrək Messinin komandası “Barselona”nı məğlub etmişdi. Hazırda “Əl-Nəsr” və PSJ görüşünü milyonlarla azarkeş səbrsizliklə gözləyir. Qarşılaşmanın keçirilmə vaxtı və məkanı isə hələlik dəqiqləşməyib. Kriştiano Ronaldonun bu görüşdə komandasının kapitanı olacağı isə artıq rəsmiləşib.

CANLI YAYIM