PSJ məğlub oldu, "Monako"dan böyükhesablı qələbə

16 Yanvar, 15:06 Sosial mediada paylaşın:
Fransa çempionatının 19-cu turunda “Renn” PSJ-ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Amari Traore vurub. Xallarının  sayını 37-yə çatdıran “Renn” 5-ci pilləyə yüksəlib. PSJ isə məğlub olmasına baxmayaraq liderliyi davam etdirir.
“Monako” doğma meydanda “Ayaçço”  ilə üz-üzə gəlib. Meydan sahibləri 7%1 hesabilə qalib gəliblər. Vissam Ben Yedder het-trik, Bril Embolo isə dublla yadda qalıb. “Monako”nun digər qollarını isə Aksel Disasi və Krepin Diata vurub. “Ayaçço”nun heyətindən isə Yusef  Belaili fərqlənib. “Monako” 37 xalla 4-cü, “Ayaçço” 15 xalla 18-ci pillədə qərarlaşıb.

CANLI YAYIM