"Anadolu Efes" İspaniyadan məğlubiyyətlə döndü

12 Yanvar, 14:14 Sosial mediada paylaşın:
Basketbolçuların Avropa Liqasında 18-ci tura yekun vurulub. 
Çempionatın liderlərindən “Barselona” Fransada “ASVEL Lion”un qonağı olub. Artıq ilk hissədə üstünlüyü ələ keçirən “Barsa” fasilədən sonra da inamlı təsir bağışlayaraq 82:75 hesabilə qələbə qazanıb . Beləliklə ötən tur doğma meydanda “Virtus Bolonya”ya gözlənilməz məğlubiyyətdən sonra “Barselona” azarkeşlərini sevindirib. “Asvel Lion ” isə ardıcıl 3-cü görüşdə məğlubiyyətə düçar olub.
Çempion “Anadolu Efes” İspaniyadan əliboş qayıdıb. “Valensiya”nın qonağı olan Ərgin Atamanın komandası  ilk 3 bölümdə rəqibindən üstün olsa da, son 10 dəqiqəlik hissədə İspaniya klubunun hücumları qarşısında aciz qalıb: Valensiya – Anadolu Efes 81:71.
Günün ən məhsuldar oyunu İsraildə olub. Təl-Əvivdə “Partizan”ı qəbul edən “Makkabi” artıq ilk periodda oyunda nəzarəti ələ keçirib.  Fasilədən sonra da təl-əviv basketbolçuları Serbiya təmsilçisinə təşəbbüsü ələ almağa imkan verməyiblər. “Lorentso Braun 21 xal toplayan Makkabi”nin qələbəsində xüsusi rol oynayıb: Makkabi – Partizan 90:81. 
Beləlilklə 18 turdan sonra “Monako”, “Real” və “Barselona” hərəyə 12 qələbə ilə liderliyi bölüşdürür. 11 qələbə qazanan “Baskoniya”, “Olimpiakos” və “Fənərbağça” 4, 5 və 6-cı pillələrdədir.

CANLI YAYIM