"İnter" İtaliya Kubokunda 1/4 finala vəsiqə qazanıb

11 Yanvar, 16:08 Sosial mediada paylaşın:
İtaliya kuboku uğrunda yarışın 1/8 final mərhələsində “İnter” ilk qarşılaşmasını keçirib.
Komanda doğma meydanda “Parma” ilə üz-üzə gəlib. Qarşılaşmaya “İnter” futbolçuları daha yaxşı başlasalar da, hesabı qonaq komanda açıb. 38-ci dəqiqədə Simon Zomun ötürməsindən sonra Stanko Yuriç qüvvətli zərbə ilə topu “doqquzluğ”a göndərib. Qoldan sonra irəli atılaraq rəqibini müdafiəyə çəkilməyə məcbur edən meydan sahibləri istəyinə 88-ci dəqiqədə nail olub. Lautaro Martinesin zərbəsindən sonra müdafiəçi Yordon Osorionun üzünə dəyən top istiqamətini dəyişərək qapıya daxil olub. Əsas vaxt heç-heçə bitdiyindən əlavə vaxt oynanılıb. 110-cu dəqiqədə Françesko Açerbi komandasının qələbə qolunun müəllifi olub. “İnter” – “Parma” 2:1. Beləliklə, “İnter” 1/4 final mərhələsinə yüksəlib.

CANLI YAYIM