Autsayderlərin mübarizəsində "Zirvə Astara" qalib gəldi

9 Yanvar, 14:44 Sosial mediada paylaşın:
Basketbol Liqasında 12-ci turun son oyununda “Zirvə” Astara “Olimpik” Şəkini  qəbul edib.
Astara Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma gərginliyi ilə diqqət çəkib. İlk periodda Şəki basketbolçuları 15 xal fərqi ilə önə çıxsalar da, böyük fasiləyə “Zirvə” üstün yollanıb – 46:44.  Sonrakı hissələrdə də üstünlyünü  qoruyan meydan sahibləri yekunda 85:80 hesabı ilə qalib gəliblər. Görüşün ən məhsulsdar basketbolçusu “Zirvə”nin üzvü Ruşard Kruikşenk olub. O, 30 xal və  9 ribaundla fərqlənib. Qeyd edək ki, bu Astara klubunun çempionatda ikinci qələbəsidir. Bu nəticə ilə  xallarının sayını 14-ə çatdıran “Zirvə” eyni xala malik “Olimpik”i qabaqlayıb. Çempionata 21 xalla NTD başçılıq edir. 20 xalla “Sabah”, “Gəncə” və “Sərhədçi” 2-ci-4-cü yerləri bölüşür. “AAAF Xırdalan” 19 xalla 5-ci yerdədir. Ondan 3 xal az toplayan “Neftçi” isə 6-cı pillədə qərarlaşıb.  Qeyd edək ki, 13-cü turun oyunları yanvarın 11-dən 15-dək keçiriləcək.

CANLI YAYIM