Fransa Avstraliyanı darmadağın etdi, Danimarka Tunislə bacarmadı

23 Noyabr, 11:20 Sosial mediada paylaşın:
D qrupunda çıxış edən Fransa millisi ilk oyununda Avstraliya yıgmasi ilə qarşılaşıb.
Hazirkı dunya çempionları yarışa böyükhesablı qələbə ilə start veriblər. Hərçənd ki, hesabı avstarliyalılar açıblar. Kreyq Qodvin topu qapıdan keçirib. Amma dərhal təşəbbüsü ələ alan fransalılar fasiləyə kimi hesabı xeyirlərinə deyilsə, biliblər. Əvvəlcə Adrien Rabyo tarazlıgı bərpa edib. Ardınca Rabyonun otürməsindən sonra Olivye Jiru fərqlənib - 2:1. Fasilədən sonra avropalılar daha 2 qol vurublar. 68-ci dəqiqədə Mbappe qapını dəqiq nişan alıb. Yekun nəticəni isə dubl edən Jiru müəyyənlədirib - 4:1. Milli komandada 51-ci qolu vuran forvard bu göstəricidə rekordçu olan Tyerri Anriyə çatıb. 36 yaşlı hucumcu Fransa seçməsinin ən yaşlı bombardiridir. 

CANLI YAYIM