"Paris Masters" və qadınların yekun turniri davam edir

5 Noyabr, 15:41 Sosial mediada paylaşın:
“Masters” seriyalı Paris turnirində ¼ final mərhələsi başa çatıb. Yarışın favoritlərindən Novak Cokoviç yarımfinala adlamaqda çətinlik çəkməyib. Serbiyalı tennisçi italiyalı Lorentso Musettini mübarizədən kənralaşdırıb. İlk setdə Musetti 1 geymdə belə fərqlənə bilməyib. 2-ci setdə isə 6:3 hesabı ilə qalib gələn Novak Cokoviç karyerasında 74-cü dəfə “Masters” seriyalı yarışlarda yarımfinala yüksəlib. O, bu göstəricidə yalnız Rafael Nadaldan geri qalır. İspaniyalı raketaka ustası 76 dəfə yarımfinalda oynamaqla bu göstəricədə rekordçudur.
Yunanıstanlı Stefanos Tsitsipas da azarkeşlərini sevindirməkdədir. O, mövsümdə 60-cı qələbəsini qazanaraq, 2022-ci ildə bu göstəricidə liderliyini möhkəmləndirib. Tsitsipas ¼ finalda Amerikalı Tommi Paul-a qalib gəlib. Hər iki setdə Yunanıstan təmsilçisi daha yaxşı çıxış edib 6:2 və 6:4.
Amerika Birləşmiş Ştatlarında isə qadın tennisçilərin ilin yekun turnirində B qrupunda mübarizəyə yekun vurulub. Burda da Yunanıstan tennisçisi uğurlu oyunu ilə diqqət çəkir. Mariya Sakkari ardıcıl 3-cü qələbəsini əldə etməklə qrup mərhələsini maksimum nəticə ilə lider tamamlayıb. O, tunisli Ons Jabir-i məğlub edib: 6:2, 6:3. Beləliklə 3 oyunun 2-də uduzan tunis idmançısı mübarizəni qrup mərhələsində dayandırıb.
B qrupundan pley-offa yükələn 2-ci idmançı Arina Sobolenko olub. Belarus tennisçisi amerikalı Cessika Pequla-ya qalib gəlib 6:3 və 7:5. Beləliklə 3 görüşündən 2-də qələbə qazanan Sobolendko qrup 2-cisi kimi mərhələ adlayıb. Hər 3 matçda uduzan Pequla isə qrupu autsayderi kimi mübarizəni dayandırıb.

CANLI YAYIM