Suqovuşanda beynəlxalq yarışa start verildi

21 Oktyabr, 14:24 Sosial mediada paylaşın:
Avarçəkmə üzrə "Mingəçevir Reqatası" başlanıb.
Beynəlxalq yarışa Suqovuşanda start verilib. Turnirin açılış mərasimində çıxış edən rəsmi şəxslər reqatanın əhəmiyyətindən söz açıblar. Onlar yarışın Suqovşanda başlamasının xüsusi bir önəmi olduğunu dilə gətiriblər. Reqatada Azərbaycan kollektivi ilə yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları da mübarizə aparır. Suqovuşanda keçirilən ilk gündə kişi və qadınlar arasında 200 metr məsafəyə kayak və kanoe yarışlarında qalib və mükafatçılar müəyyənləşəcək. reqatanın son 2 günü isə Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. Burda avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaqlar.

CANLI YAYIM