Suqovuşan və Mingəçevirdə beynəlxalq reqata keçiriləcək

20 Oktyabr, 12:05 Sosial mediada paylaşın:
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi Suqovuşan qəsəbəsində daha bir beynəlxalq reqata keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının yenidən bərpa etdiyi yarış oktyabrın 21-dən 23-dək təşkil olunacaq. Mötəbər turnirdə ölkəmizlə  yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna idmançıları mübarizə aparacaq. Yarışların ilk  günündə  komandalar Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcəklər. Oktyabr  22-I vı 23-də isə “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Xatırladaq ki,  beynəlxalq reqata İdman tv –də canlı yayımalanacaq.

CANLI YAYIM