Yürgen Klopp: "İnanıram ki, "Ayaks"la oyunda 3 xal bizim olacaq"

13 Sentyabr, 17:34 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının A qrupunda mübarizə aparan “Liverpul” qrup mərhələsinin ikinci turunda doğma meydanda “Ayaks”la üz-üzə gələcəkək. Komanda ilk turda səfərdə “Napoli” ilə oyundakı məğlubiyyətdən sonra qələbə qazanmağa iddialıdır. Amma mütəxəssislər optimal heyətə malik “Ayaks”la oyunda “Liverpul”un işlərinin heç də istədiyi kimi getməyəcəyi qənaətindədir. Elə baş məşqçilər də, oyundan əvvəl ehtiyyatlı danışıblar.
“Ayaks”ın baş məşqçisi Alfred Sxröder:“İlk turda qələbə qazandıq. Bu bir tərəfdən bizə əlavə motivasiya verir. Futbolçularımda özünəinam hissi yüksəkdir. İstənilən rəqiblə mübarizə apara biləcək gücdəyik. Lakin “Liverpul”u heç də asan bilməməliyik. “Enfild”də işimiz çətin olacaq. Oyun nizamımızı sonadək qorumalıyıq.”
“Liverpul”un baş məşqçisi Yürgen Klopp:“İlk turda xal itkisi ilə üzləşmək planlarımıza daxil deyildi. Amma ruhdan düşməmişik. Layiqli mübarizə aparmaq üçün gücümüz hələ də qalıb. Heyətimdə itkilər var. İstərdim ki, onlar da bizə kömək edə bilsin. Amma meydana çıxacaq istənilən 11 nəfərə etimadım çoxdur. İnanıram ki, 3 xal bizim olacaq”
Qeyd edək ki, “Enfild” Stadionunda keçiriləcək “Liverpul” – “Ayaks” matçı bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq. Qarşılaşmanı Artur Soareş Diaşın rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM