Zabit Səmədov vida döyüşünə çıxacaq

9 Sentyabr, 11:15 Sosial mediada paylaşın:
Zabit Səmədov vida gecəsində Braziliyalı Antonio Silva ilə qarşılaşacaq.
Bu görüşə kimi azarkeşlər digər döyüşlər izləyəcəklər. Ötən gün kikbokçukların çəki mərasimi və "face-to-face" proseduru olub. Mərasimin səbəbkarı Zabit Səmədov mətbuat konfransında karyerasını qələbə ilə başa vurmaq istədiyini bildirib. O, rəqibinə uduzacağı halda revanş qarşılaşmasına çıxmaq istədiyini də dilə gətirib. Zabit səmədov bundan sonra film sektorunda işini davam etdirəcəyini bildirib. Zabit Səmədiovun vida gecəsində rəqibi olan Antonio Silva da media nümayəndələrinin önünə çıxıb. O, Zabit Səmədovun son döyüş üçün onu seçməsini özü üçün fəxr adlandırıb. Braziliyalı idmançı doğma publika önündə rinqə çıxacaq Zabitlə döyüşün ağır keçəcəyini bildirib.
Xatırladaq ki, vida mərasimi sabah Milli Gimnastika arenasında keçiriləcək. Döyüşlər hər biri  hər biri 3 dəqiqədən ibarət olmaqla 3 raund üzrə olacaq

CANLI YAYIM