"US Open" turniri: Rafael Nadal mübarizəni dayandırdı

6 Sentyabr, 16:31 Sosial mediada paylaşın:
“US Open” turnirində 1/8 final mərhələsi yekunlaşıb.
Günün ən gözlənilməz nəticəsi Rafael Nadalın məğlubiyyəti olub. İspaniyalı raketka ustası amerikalı Frensis Tiafu ilə bacarmayıb. Ilk setdə kort sahibi, 2-ci də isə Nadal 6:4 hesabı ilə qalib gəlib. Bundan sonra ispaniyalının təşəbbüsü ələ alacağı gözlənilsə də, əksinə olub. Ardıcıl 2 hissədə Tiafu rəqibindən güclü olub 6:4 və 6:3. Beləliklə amerikalı raketka ustası rəqibinə qalib gələrək ¼ finala adlayıb. Rafael Nadal isə bu mövsüm ilk dəfə “Böyük Dəbilqə” yarışında məğlub olub. Xatırladaq ki,  “Australian Open” və “Rolan Qarros”da fəxri mükafatı başı üzərinə qaldıran Nadal  “Uimbloldon”da zədə səbəbindən yarımfinal görüşünə çıxmamışdı.

CANLI YAYIM