İdmançılarımız İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edirlər

17 Avqust, 13:00 Sosial mediada paylaşın:
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb. Bu uğura Ramil Vəlizadə  nail olub. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 1 dəqiqə 58.26 saniyə nəticə göstərib.  Qadın üzgüçü Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafədə batterflay üsulu ilə üzmədə yarımfinal mərhələsini 1 dəqiqə 1.28 saniyə nəticə ilə birinci pillədə tamamlayıb və finala yüksəlib. Məryam həm də İslamiada rekordu qırıb. Xatırlaadq ki, Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmədə gümüş medala sahib olmuşdu.
Atıcılıq yarışlarında da təmsilçilərimiz uğurla çıxış edirlər. Stend atıcılığı üzrə skeet qarışıq komanda yarışında Fuad Qurbanov və Nurlana Cəfərova cütlüyü V İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

CANLI YAYIM