Bundesliqa: "Bavariya" "Volfsburq"u məğlub edib

15 Avqust, 16:03 Sosial mediada paylaşın:
Almaniya Bundesliqasında 2-ci turun oyunlarına yekun vurulub.
İlk turda səfərdə “Ayntraxt”ı 6:1 hesabı ilə məğlub edən “Bavariya” bu dəfə Münhendə “Volfsburq”la oyunda azarkeşlərini sevindirə bilib. Meydan sahibləri artıq ilk hissədə iki dəfə rəqib qapısına yol tapmağı bacarıb. Əvvəlcə 33-cü dəqiqədə Camal Musiala cərimə meydançasından kənardan qapıya endirdiyi qüvvətli zərbə ilə adını tabloya yazdırıb. 44-cü dəqiqədə isə “Bavariya”nın liderlərindən olan Tomas Müller fərqi artırıb. İkinci hissədə də münhenlilər meydanda dominantlığı ilə diqqət çəkib.  Amma “Volfsubrq”un qapıçısı Kun Kastels bir neçə epizodda komandasını real qoldan xilas edib: Bavariya – Volfsburq 2:0. Turun digər görüşündə “Maynts”la “Yunion Berlin” qarşılaşıb. Qarşılılqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb. Yeri gəlmişkən, 2 turdan sonra çempionata 6 xalla “Bavariya” və Dortmund “Borussiya”sı başçılıq edir. “Bohum”la “Bayer” isə hələ də xal qazana bilməyib. 

CANLI YAYIM