"Fənərbağça" Avropa Liqasında pley-off mərhələsinə yüksəlib

12 Avqust, 16:24 Sosial mediada paylaşın:
“Fənərbağça” UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
İstanbulda keçirilən ilk oyunda Çexiyanın “Slovaçko” komandasını 3:0 hesabı ilə məğlub edən “sarı-lacivərdlilər” səfər matçında da istədiyi nəticəni əldə edib. İlk hissə istanbulluların hücumu şəraitində keçsə də, hesab açılmayıb. Fasilədən sonra təşəbbüsü artıran Türkiyə təmsilçisi 55-ci dəqiqədə Sərdar Dursunun qüvvətli zərbəsi ilə hesabı açıb. 2 dəqiqə sonra Çexiya klubunun hücumçusu Ondrej Sasinka cərimə meydançasında yaranan qarışıqlıqdan məharətlə yaranaraq hesabı bərabərləşdirib. Sonrakı dəqiqərdə “Fənərbağça” təşəbbüsü yenidən ələ alsa da, hesab dəyişməyib. Beləliklə də pley-offa vəsiqə qazananan istanbullular növbəti mərhələdə Avstriyanın “Austriya Vyana” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 18-də Vyanada keçiriləcək.

CANLI YAYIM