Taekvondoçularımız İslamiadada 3 medal qazandı

11 Avqust, 11:30 Sosial mediada paylaşın:
Taekvondoçularımız da İslam Həmrəyliyi Oyunlarında ölkəmizi uğurla təmsil edirlər.
67 kq-da yarışan qadın Taekvondoçumuz Fəridə Əzizova İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib. Təmsilçimiz həlledici oyunda iranlı Zeynəb İsmailiyə qalib gələrək ölkəmizin hesabına daha bir qızıl medal yazdırıb. Xatırladaq ki, Fəridə Əzizova 2017-ci ildə ölkəmizdə təşkil olunan İslam Həmrəyliyi oyunlarında gümüş medal qazanmışdı. 49 kq-da mübarizə aparan idmançımız Patimat Abakarova bürünc medalla kifayətlənib. Kişi taekvondoçularımızdan isə Cavad Ağayev gümüş medala sahib çıxıb. O, finalda özbəkistanlı Uluqbek Raşitova məğlub olub.

CANLI YAYIM