"Qarabağ" ÇL-də "Viktoriya" ilə üz-üzə gələcək

10 Avqust, 14:14 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında “Qarabağ”ın pley-ofda rəqibi “Viktoriya Plzen” – “Şerif” matçında müəyyənləşib.
Tiraspolda rəqibini 2:1 hesabilə məğlub edən “Viktoriya” Çexiyada da eyni hesablı qələbəyə sevinib. Artıq 10-cu dəqiqədə meydan sahibləri önə keçiblər. Yan Kliment “Viktoriya”nın ilk qolunu vurub. Plzen klubu fasiləyə kimi hesabı artırmaq imkanı qazansa da, Tomaş Xorıy penaltidən yararlana bilməyib. “Şerif” futbolçuları 2-ci yarının əvvəlində tarazlığı bərpa edərək ümidləniblər. Raşid Akanbi cavab qolunu vurub. Lakin  qonaqların sevinci çox çəkməyib. 62-ci dəqiqədə Con Mosquera Plzenliləri yenidən irəli çıxararaq matçda son nöqtəni qoyub: “Viktoriya” – “Şerif” 4:2. Beləliklə Çexiya klubu UEFA Çempionlar Liqasının pley-of mərhələsində “Qarabağ”la qarşılaşacaq. İlk oyun avqustun 16-sı Bakıda keçiriləcək.

CANLI YAYIM