"Qarabağ" bu gün Budapeştdə "Ferentsvaroş"la üz-üzə gələcək

9 Avqust, 11:15 Sosial mediada paylaşın:
Bu gün təmsilçimiz “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək. Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Komandamız oyunöncəsi son məşqini artıq tamamlayıb.
Qarşılaşmadan əvvəl təşkil olunan ənənəvi mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov görüş ilə bağlı fikirlərini bölüşüb: "Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik. Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq. Ferentsvaroş" III təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur".
Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” oyunu bu gün saat 22-də başlanacaq.

CANLI YAYIM