MotoGP: Françesko Banyaya Böyük Britaniya Qran-prisinin qalibi olub

8 Avqust, 17:12 Sosial mediada paylaşın:
MotoGP üzrə Böyük Britaniya Qran-prisinə yekun vurulub.
Yarışın final mərhələsində italiyalı motosikletçi Françesko Banyaya bu mövsüm 4-cü, ardıcıl isə 2-ci dəfə qalib gəlib. “Dukati” üzvü finiş xəttini 40 dəqiqə 10 saniyəyə keçib. Ondan 0,4 saniyə geri qalan “Apriliya” komandasının motosikletçisi Maverik Vinyales 2-ci olub. “Dukati”nin digər üzvü Cek Miller isə 3-cü yerlə kifayətlənib. Qran-priyə ilk sırada başlamaq imkanı əldə edən “Dukati”nin fransalı motosikletçisi Joan Zarko isə yarışın gedişində qəzaya uğrayaq mübarizədən kənarlaşıb. Çempionatın lideri “Yamaha”nı təmsil edən Fabio Kuartararo isə yarışı 8-ci sırada başa vurub. Yeri gəlmişkən, Kuartararo şəxsi birincilikdə 180 xalla liderliyini qoruyub. Ondan 22 xal geri qalan “Apriliya” motosikletçisi Aleks Esparqaro 2-ci, hesabında 131 xal olan “Dukati” təmsilçisi Françesko Banyaya 3-cü sıradadır. Mühəndislər Kubokuna 246 xalla “Dukati”, komanda yarışına isə 213 xalla “Apriliya” başçılıq edir. Növbəti yarış avqustun 21-də Avstriyada keçiriləcək.

CANLI YAYIM