Mançester klublarından yeni mövsümə fərqli start

8 Avqust, 13:57 Sosial mediada paylaşın:
“Mançester Siti” Preymer Liqanın ilk turunda Londona səfər edib.
Hazırkı çempion “Vest Hem”in qonağı olub. Qarşılaşmaya fəal başlayan “Mançester Siti” 36-cı dəqiqədə hesabı açıb. Komandanın yeni transferi Erlinq Holand penaltini dəqiq yerinə yetirib. Fasilədən sonra da hücumlarını davam etdirən “şəhərlilər” 65-ci dəqiqədə növbəti dəfə meydan sahiblərinin qapısına yol tapıblar. Bu dəfə də  Holand fərqlənib. Görüşdə başqa qol olmayıb və qonalar 2-0 hesablı qələbə qazanıblar Qeyd edək ki,  debüt matçında dubl edən norveçli hücumçu “Mançester Siti”də Serxio Aqueronun nəticəsini təkrarlayıb. Xatırladaq ki,  Aquero eyni nəticəni 2011-ci ildə - "Suonsi Siti" ilə görüşdə göstərmişdi.
Şəhərin digər təmsilçisi “Mançester Yunayted” isə yeni məğlubiyyətlə başlayıb. İlk turda  “manukunianlar” “Brayton”u qəbul edib. Qonaqlar yarımsaatın tamamında  “Mançester Yunayted”i cəzalandırıblar.  Paskal Qros “Brayton”u hesabda önə keçib.  9 dəqiqə sonra polşalı yarımmüdafiəçi yenidən diqqət mərkəzinə düşüb. İlk yarı qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hesab dəyişib. Aleksis Mak Allister topu öz qapısına vurmaqla fərqi azaldıb. Lakin “Mançester Yunayted”in bundan artığına gücü çatmayıb və görüş “Brayton”un 2-1 hesablı qəlıəbəsilə başa çatıb. 

CANLI YAYIM