İslamiadada bayraqdarlarımız müəyyənləşib

8 Avqust, 11:15 Sosial mediada paylaşın:
Konyada təşkil olunan 5-ci İslam Həmrəliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarları açıqlanıb. Gənclər və İdman nazirliyinin məlumatına görə avqustun 9-u keçiriləcək açılış mərasimində bayrağımızı atletimiz Nazim Babayev və voleybolçumuz Ayşən Əbdüləzimova aparacaq. Ölkəmizin adı yazılan lövhə isə güləşçimiz Hacı Əliyevə həvalə olunub. 
Artıq İslamiadada bir neçə idman növündə mebarizəyə start verilib. Qadın həndbolçularımız B qrupunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Lakin rəqib meydana çıxa bilmədiyinə görə komandamıza 10:0 hesablı texniki qələbə verilib. Sabah qadın həndbolçularımız Əfqanıstan kollektivi ilə görüşməlidir. 
Stolüstü tennisçimiz Emin Məmmədov  da İslam Həmrəyliyi Oyunlarına qələbə ilı başlayıb. O, kişilərin fərdi turnirində Qazaxıstan atletindən 3:0 hesabilə üstün olaraq 1/16 finala çıxıb. 
Azərbaycan velosipedçiləri trek növü üzeə qrup ötüşməsində bacarıqlarını göstəriblər. Qadınlardan Ayan Xankiçiyeva və Viktoriya Sidorenko, kişilərdən isə Musa Mikayılzadə və Nəcəf Bağırov yarlş meydanına çıxıb. Ayan Xankişiyeva böyük əzmkarlıq nümayiş etdirərək 13 xalla 4-cü yeri tutub. Xatırladaq ki, idmançımız yarışln ilk günündə də eyni nəticəni göstərmişdi. Musa Mikayılzadə 8 xalla 7-ci olub. Viktoriya Sidorenko və Nəcəf Bağırov isə mübarizəni tamamlaya bilməyiblər. Açılış mərasimi sabah keçiriləcək İslam Həmrəliyi Oyunları avqustun 18-dək davam edəcək. Yarışlar “İdman TV”də canlı yayımlanır. 

CANLI YAYIM