"Neftçi" Bakıda "Rapid"i məğlubiyyətə uğratdı

5 Avqust, 11:00 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
Turnirdə mübarizəni davam etdirən yeganə komandamız “Neftçi” “Rapid”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissənin sonuna yaxın Bakı klubu istəyinə çatıb. Atta Caberin zərbəsindən sonra rəqibə də dəyən top qapıya daxil olub. Birinci hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra “Neftçi” fərqi artırıb. Kenni Sayef rəqibin səhvindən lazımınca yararlanıb. “Rapid” sona yaxın qollardan birinin əvəzini çıxıb. 2-ci hissəyə artırılan 5-ci dəqiqədə Qvido Burqştaller mübarizəyə nöqtə qoyub. “Neftçi” – “Rapid” 2:1. Bu komandalar arasında cavab oyunu avqustun 11-i Avstriyada keçiriləcək.

CANLI YAYIM