Avarçəkmə üzrə dünya kubokunun 2-ci mərhələsi start götürüb

16 İyun, 11:30 Sosial mediada paylaşın:
Polşanın Pozanan şəhıərində akademik avarçəkmə üzrə dünya kubokunun 2-ci mərhələsi start götürüb.
İyunun 19-dək davam edəcək yarışda ölkəmizi Bəhmən Nəsiri təmsil edir. İdmançımız 1 nəfərlik qayıqla 2 metr məsafəyə yarışlarda qüvvəsini sınayacaq. Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş I mərhələ  ilə müqayisədə Poznanda daha çox, 36 ölkədən 600-dən artıq idmançı mübarizə aparır. 2019-cu ildən bu yana ilk dəfə olaraq Avstraliya, Yeni Zelandiya, Amerika Birləşmiş Ştatları və Kanadadan olan komandalar kifayət qədər geniş heyətlə Dünya Kubokuna qatılıblar. Polşada ən böyük heyətlə isə Almaniya komandası iştirak edir - 23 qayıq.
Reqlamentə əsasən, Dünya Kubokunun qalibləri III mərhələnin yekununa əsasən müəyyənləşəcək. Yarışların bu mərhələsi isə iyulun 8-i və 10-da İsveçrənin Lutsern şəhərində təşkil olunacaq.

CANLI YAYIM