Rafael Nadal 14-cü dəfə "Rolan Qarros"un qalibi olub

6 İyun, 14:22 Sosial mediada paylaşın:
“Rolan Qarros” turnirində Rafael Nadalın hegemonluğu davam edir.
Torpaq kortların kralı olan ispaniyalı tennisçi özünəməxsus rekordları alt-üst etməkdədir. Finalda norveçli Kasper Ruud rəqibinə demək olar ki, ciddi müqavimət göstərə bilməyib. İlk 2 hissədə 6:3 hesabı ilə Nadal üstün olub. 3-cü setdə isə Ruud 1 geymdə belə fərqlənə  bilməyib. Beləliklə Rafael Nadal 14-cü dəfə Rolan Qarros turnirinə qalib olmaqla, özünə məxsus rekordu yeniləyib. Qeyd edək ki, o, bu yarışda heç bir final oyununda uduzmayıb. Ümumiyyətlə karyerası ərzində Rolan Qarrosda 115 görüş keçirən ispaniyalı tennisçi bunların cəmi 3-də uduzub. Bu oyunların 2 də Novak Cokoviç, 1-də isə Robin Soderlinq qələbə qazanıb. Beləliklə bir turnirdə 97%lik qələbə əmsalına malik olmaqla bu göstəricidə də rekordçudur. “Böyük Dəbilqə” yarışlarında 22-ci mükafatını əldə edən Nadal bu nominasiyada da özünə məxsus rekordu təzələyib. Onun ən yaxın rəqibləri Rodjer Federer və Novak Cokoviç 20 Böyük Dəbilqə titulu əldə edə bilib.
 

CANLI YAYIM