Bakıda gənclərin idman festivalı keçirilib

6 İyun, 13:20 Sosial mediada paylaşın:
Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Gənclərin İdman Festivalı keçirilib.
Bakı İdman Sarayında təşkil edilən tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bolqarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolay Yankov, Azərbaycan XİN Avropa İdarəsinin rəis müavini Ruslan Rzayev, Azərbaycan - Bolqarıstan Paralmentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rauf Əliyev  və digər qonaqlar iştirak ediblər. Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib. Sonra meydan hər iki ölkənin idmançılarına verilib. Güləş, akrobatika gimnastikası, brekdans və kapoeyra idmançılarının yarışı tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Bir-birindən maraqlı yarış və nümunəvi çıxışlar dostluq şəraitində keçib.

CANLI YAYIM