Rafael Nadal karyerasını bitirməyi düşünür

1 İyun, 17:16 Sosial mediada paylaşın:
“Böyük Dəbilqə” seriyalı turnirin 21 qat qalibi Rafal Nadal karyerasını bitirməyə hazırlaşır.
“Rolan Qarros” turnirinin ¼ final mərhələsində Novak Cokoviçlə görüşdən əvvəl “bu mənim karyeramda sonuncu görüşüm ola bilər” söyləyən 35 yaşlı tennisçi qalib gəldikdən sonra fikirlərinə aydınlıq gətirib. İspaniyalı raketka ustası bunu istisna etməyib: SİTAT “Başıma nə gələcəyini deyə bilmərəm. “Rolan Qarros”da çıxışımı davam etdirirəm, amma bu yarışdan sonra nə baş verəcəyini deyə bilmərəm. Hazırda ayağımdakı zədə məni çox narahat edir. Bu problemin çarəsini tapa bilməsəm, işim daha da çətin olacaq. Başqa heç nə deyə bilmərəm” SİTATIN SONU
Yeri gəlmişkən, ¼ finalda Nadala məğlub olduqdan sonra Novak Cokoviç bu mövsüm ikinci dəfə ATP reytinqində liderliyini itirə bilər. Belə ki, yarımfinala yüksələn almaniyalı tennisçi Aleksandr Zverev “Rolan Qarros” turnirinin qalibi ola bilməsə, iyunun 13-dən Daniil Medvedev reytinqdə ilk pilləyə yüksələcək. Xatırladaq ki, Zverev yarımfinalda Rafael Nadalla qarşılaşacaq.   

CANLI YAYIM