Dünyanın ən çox gəlir əldə edən tennisçilərinin adları açıqlanıb

12 May, 17:12 Sosial mediada paylaşın:
İdmançılarla bağlı maliyyə araşdırmaları ilə məşhurlaşan nüfuzlu “Sportico” nəşri dünyanın aparıcı tennisçilərinin gəlirlərini hesablayıb.
Nəşrin araşdırmaları nəticəsində ötən ilin ən çox gəlir əldə edən tennisçiləri siyahısında  isveçrəli  Rocer Federer ilk sırada qərarlaşıb. Böyük Dəbilqə seriyalı turnirlərin 20 qat qalibi il ərzində 85,7 milyon dollar qazanıb. Ilk 3-lüyü qadın tennisçilər tamamlayır. Yaponiyalı Naomi Osaka 53,2 milyon dollar gəlir əldə edib. Serena Uilyams isə 35,5 milyon dollara sahib çıxıb.  Maraqlıdır ki, bu tennisçilərin qazancının böyük hissəsi biznes layihələri və reklam gəlirləri əsasında əldə edilib. Məsələ ondadır ki, Rocer Federer və Serena Uilyams  ötən ilin Uimbldon turnirindən sonra heç bir yarışda iştirak etməyiblər. Məhz buna görə də hər iki tennisçi ATP və WTA  reytinqində geriləyib. Hazırda Rocer 46-cı, Serena Uilyams isə 248-ci yerdə qərarlaşıb. Naomi Osaka isə iştirak etdiyi turnirlərdə uğursuzluqla üzləşməsinə görə reytinqdə 38-ci pilləyə enib.

CANLI YAYIM