Bədii gimnastika üzrə Bakı birinciliyinə start verilib

4 May, 11:15 Sosial mediada paylaşın:
Bədii gimnastika üzrə 27-ci paytaxt birinciliyinə start verilib. Yarışda  9 klubdan 123-ü fərdi və 63-ü qrup komandasının üzvü olmaqla 186 gimnast qüvvəsini sınayır. Turnirdə balaca, yeniyetmə və gənc gimnastlar məharətlərini göstərirlər. Yarışın keçirilməsində əsas məqsədlərdən biri istedadlı gimnastların üzə  çıxarılmasıdır.
Qeyd edək ki, Milli Gimnastika Arenasının qapıları Bakı birinciliyində də tamaşaçıların üzünə açıqdır. Yarışlar mayın 4-də başa çatacaq.   

CANLI YAYIM