Qrup hərəkətləri komandamız qızıl medal qazandı

25 Aprel, 13:25 Sosial mediada paylaşın:
Bakıda keçirilən dünya kubokunun son günündə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız qızıl medal qazanıb. Millimizin 5 halqa ilə hərəkətlərdə çıxışı hakimlər tərəfindən 32.850 bala  layiq görülüb. Komandamız bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq 1-ci yeri tutub. Kollektivimiz 3 lent və 2 topla hərəkətlərdə isə hakimlərdən 24.750 xal alıb və 5-ci olub. Xatırladaq ki, kollektivimiz çoxnövçülük yarışında 2-ci olmuşdu.
Fərdi yarışda isə Arzu Cəlilova və Zöhrə Ağamirova müxtəlif proqramlarda final mərhələsində bacarıqlarını nümayiş etdiriblər.
Halqa ilə hərəkətlərdə Arzu Cəlilova 4-cü, Zöhrə Ağamirova 6-cı nəticə göstərib. Topla hərəkətlərdə Arzu Cəlilova 5-ci, gürzlərlə çıxışında Zöhrə Ağamirova 6-cı yeri tutub. Lentlə hərəkətlərin finalında da Arzu Cəlilova bacarığını nümayiş etdirib. Gimnastımız bu növdə də ilk 3-lüyə düşə bilməyib.

CANLI YAYIM