"Olimpiakos" və "Real" pley-offa qələbə ilə başladı

21 Aprel, 16:17 Sosial mediada paylaşın:
Avroliqanın pley-offunda “Olimpiakos”  doğma arenada “Monako”  ilə üz-üzə gəlib.
Qarşılaşmaya qonalqar daha yaxşı başlayıblar və ilk periodu 7 xal fərqlə öndə başa vurublar. Amma fasiləyə kimi meydan sahibləri hesabı xeyirlərinə dəyişə biliblər.  Son 2 periodda da təşəbbüsü əldən verməyən “Olimpiakos” yekunda qələbə qazanıb 71:54. Bu komandalar arasında növbəti görüş aprelin 22-də elə bu areanada olacaq.
“Real Madrid də pley-offa qələbə ilə start verib. İspaniya klubu azarkeşləri önündə “Makkabi Tel Əviv”i məğlub edib - 84:74. Meydan sahibləri bütün periodlarda rəqibindən üstün olublar. Növbəti qarşılaşma aprelin 22-də yenə Madriddə olacaq. Xatırladaq ki, seriyada 3 qələbə qazanan komanda dördlər finalına adlayacaq.

CANLI YAYIM