Gənc boksçumuz erməni rəqibinə qalib gəldi

20 Aprel, 11:10 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı davam edir.
Turnirin 6-cı günündə 1/4 final mərhələsi çərçivəsində rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü döyüşünü qələbə ilə başa vurub. İlk qarşılaşmasında irlandiyalı boksçuya qalib gələn Amin Məmmədzadə növbəti mərhələdə ermənistanlı rəqibindən üstün olub. 51 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz hər 3 raundda rəqibindən üstün olub. Erməni idmançını 5:0 hesabı ilə məğlub edən Məmmədzadə rəqibini vaxtından əvvəl yarışdan kənarlaşdırıb. O, yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edən ikinci boksçumuz olub. Amindən əvvə 48 kqda Kənan Babayev Avropa birinciliyində 1/4 final döyüşünü qələbə ilə bitirdiyindən turnirdən mükafatla ayrılacağını rəsmiləşdirib.

CANLI YAYIM