"Uembli"dəki döyüş XXI əsrin rekordunu qıra bilər

18 Aprel, 17:30 Sosial mediada paylaşın:
Aprelin 23-də Londonun “Uembli” stadionunda keçiriləcək Tayson Fyuri ilə Dillian Uayt arasındakı döyüşün üçün biletlər satılıb qurtarmaq üzrədir.  WBC versiyası üzrə superağır çəkidə kəmər uğrunda döyüşdə iki britaniyalı boksçunun qarşıdurması İngiltərədə böyük marağa səbəb olub.  Belə ki, 94 min biletin 85 mini 3 saat ərzində satılıb. Təşkilatçılar döyüş başlayana qədər bütün biletlərin satılacağını gözləyir. Bu baş verəcəyi halda, XXI əsrin azarkeş rekordu müəyyənləşəcək. Buna qədər ən yüksək göstərici 2017-ci ildə Entoni Coşua ilə Vladimir Kliçko arasındakı görüşdə qeydə alınmışdı. Həmin döyüşü 88 min nəfər stadiondan canlı izləmişdi.
Yeri gəlmişkən, boks həvəskarlarının maraqla gözlədiyi superağır çəkidə Alkesandr Usiklə Entoni Coşua arasındakı təkrar döyüşün təşkilati işləri ilə bağlı da danışıqlar gedir. Mətbuata açıqlama verən britaniyalı proumoter Eddi Hirn döyüşün vaxtının bir qədər yubadıla biləcəyini söyləyib. Bir müddət əvvəl ukraynalı ilə britaniyalı əlcək ustasının iyunun 25-də qarşılaşacağı haqqında məlumatlar dolaşırdısa, Hirn qarşıdurmanın iyulun 23-də keçiriləcə biləcəyini bildirib. O, hazırda məkan axtarışında olduqlarını qeyd edib. Hazırda ən real variant kimi Səudiyyə Ərəbistanının adı çəkilsə də, Yaxın Şərq ölkələri, London və Las Veqas variantı da istisna edilmir .  

CANLI YAYIM