Kubada peşəkar boksa tətbiq olunan qadağa ləğv edilib

5 Aprel, 16:06 Sosial mediada paylaşın:
Kuba ölkə ərazisində 1962-ci ildən peşəkar boksa tətbiq olunan qadağanı ləğv edib.
Bu barədə ölkənin boks federasiyası qərar çıxarıb. Artıq Kuba Boks Federasiyası Golden Ring proumoşn kompaniyası ilə müqavilə də imzalayıb. Anlaşmaya əsasən mayın 20-də Meksikanın Aquaskalyentes şəhərində boks gecəsi təşkil ediləcək. Bütün Latın Amerikası ölkələrində yayımlanacaq şouda kubalı olimpiya çempionları Xulio Sezar La Kruz, Arlen Lopes, Ronel İqlesias və Endi Kruz qüvvəsini sınayacaq. Xatırladaq ki, Kubada peşəkar boksa qadağanı 60 il əvvəl ölkənin sabiq rəhbəri Fidel Kastro qoymuşdu. O, peşəkar boks qurumlarını korrupsiyada ittiham etmişdi. Buna baxmayaraq, ölkədə həvəskar boks sürətlə inkişaf etmiş və dəfələrlə kubalı əlcək ustaları Olimpiadalarda və dünya çempionatlarında qızıl medal qazanmışdı.

CANLI YAYIM