Avstraliya höküməti növbəti dəfə Cokoviçin vizasını ləğv edib

14 Yanvar, 12:55 Sosial mediada paylaşın:
Avstraliya Miqrasiya  nazirliyi Novak Cokoviçin vizasını ləğv edib.
Bu da o deməkdir ki, ATP reytinqinin lideri “Australian Open”də iştirak etməyəcək.  Ölkənin miqrasiya naziri Aleks Houkun verdiyi məlumata görə, serbiyalı tennisçinin vizası ictiami qınaq nəticəsində ləğv edilib. Xatırladaq ki, təxminən bir həftə əvvəl Novak Melburna gəlsə də, hava limanında onun sənədləri qəbul edilməmişdi. Avstraliya Açıq tennis turnirinin 9 qat qalibi vaksin olunmamış bu ölkəyə gəldiyinə görə onun “Böyük Dəbilqə” seriyalı turnirdə iştirakına qadağa qoyulub. Novakın xüsusi icazə sənədi isə keçərsiz sayılıb. Bununla razılaşmayan Cokoviç məhkəməyə müraciət edib. Nəticədə Avstraliya Federal Məhkəməsi onun iddiasını təmin edib. Buna baxmayaraq, Avstraliya höküməti geri çəkilməyərək Novakın əleyhinə işləyən növbəti yekun qərarı qəbul edib.
Amma bu da hələ son deyil. Tennisçinin vəkilləri yenə də məhkəməyə müraciət edib onun “Australian Open”də iştirakına nail olmaq istəyir.

CANLI YAYIM