"Leykers" sensasiyaya imkan vermədi

29 Mart, 17:22 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında növbəti oyunlar olub.
Diqqətçəkən görüşlərdən biri “Los Anceles Leykers” və “Orlando Mecik” komandaları arasında olub. Qərb konfransının iddialılarından “Leykers” gözlənildiyi kimi qalib gəlib. Orlando basketbolçuları rəqibə layiqli müqavimət göstərsələr də, bu, uğur qazanmaq üçün kifayət etməyib. Yekunda Los Anceles klubu 96:93 hesabilə rəqibini məğlubiyyətə uğradıb. “Orlando Mecik” uduzsa da, komandanın heyətində Dueyn Beykon 26 xal, 8 ribaund və 1 məhsuldar ötürməylə oyunun ən yaxşı basketbolçusu seçilib. “Mecik” hazırda şərq konfransında 14-cü yerdədir. Bu zonada “Filadelfiya Seventi Siksers” liderdir. “Los Anceles Leykers” qərb konfransında 4-cüdür. Orada “Yuta Cazz” zirvədədir.

CANLI YAYIM