Mbappe "Barselona"nın ümidlərinin üstündən xətt çəkdi

17 Fevral, 12:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar lİqasının 1/8 finalında “Barselona” “Pari Sen-Jermen”lə qarşılaşıb.
"Kamp Nouda keçirilən oyunda hesabı mneydan sahibləri açıblar. Lionel Messi penaltini dəqiq yerinə yetirib. Argentinalı ulduz futbolçu bununla da Çempionlar Liqasında yeni nailiyyətə imza atıb. Messi Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 34 yaşlı forvard 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib. Fasiləyədək tarazlıq bərpa olunub. Kilian Mbappe fərqlənib. İkinci yarıda təşəbbüsü ələ alan Paris futbolçuları önə keçməyi bacarıblar. Mbappe 65-ci dəqiqədə dubl edib. Cəmi 5 dəqiqə sonra fərq artıb. Bu dəfə Moyze Kin rəqib qapısına yol tapıb – 3:1. Görüşdə son nöqtəni Mbappe qoyub. 22 yaşlı hücumçu het-trik edib. 4:1 hesabı qalib gələn PSJ növbəti mərhələyə daha yaxındır.
“Leypsiq” – “Liverpul” görüşü isə Budapeştdə keçirilib. Buna səbəb Almaniyanın koronavirusa görə İngiltərəyə uçuşları fevralın 17-dək dayandırması idi. Gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb. İngiltərə komandası ikinci yarıda ardıcıl 2 qolla qələbə qazanıb. Məhəmməd Salah və Sadio Mane azarkeşləri sevindirib. “Leypsiq” – “Liverpul” 0-2.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri martın 10-da keçiriləcək.

CANLI YAYIM