Novak Cokoviç növsümün bərpasına görə sevinir

19 İyun, 10:30 Sosial mediada paylaşın:
Avqust ayında tennis mövsümünün bərpa ediləcəyi barədə məlumat vernişddik. Doğrudur, raketka ustalarının çıxışını azarkeşlər tribunalarda izləyə bilməyəcək. Amma ekran qarşısında əyləşib Cokoviçin, eləcə də, dünyanın digər güclü tennisçilərinin mübarizisinə şahidlik edəcək. Elə Novakın özü də korta çıxacağına sevinir...
ATP reytinqinin lideri Novak Cokoviç avqust ayında mövsümün bərpa ediləcəyinə sevinir. Serbiyalı raketka ustası “Böyük Dəbilqə” seriyasında “US Open” və “Rollan Qarros” kimi mötəbər turnirlərin keçiriləcəyinə münasibətini belə ifadə edib: “Böyük Dəbilqə” seriyalı turnirlərin təşkilinə görə çox sevinirəm. Bəli, tennisçilərin əksəriyyəti yarışların bərpasına şübhə ilə yanaşırdı. Xüsusən də, koronavirusun Birləşmiş Ştatlara vurduğu zərbəni nəzərə alanlar “US Open”in keçiriləcəyinə qətiyyən inanmırdı. Hətta mən özüm də buna əmin deyildim. Bir peşəkar kimi biz idmanı çox sevirik. Turnirlər və səyahətlər üçün çox darıxmışıq. Əlbəttə, bu sevindirici xəbərdir. Razıyam, indi sərt karantin qaydaları tətbiq olunur. Cənubi Amerikadan olan tenniçilər isə heç öz ölkələrindən çıxa da bilmirlər. Ümid edirəm ki, vəziyyət dəyişəcək və onlar “US Open”ə gələcəklər. Hələ bizim vaxtımız var. Ümid edirəm ki, hamı ABŞ-da eyni şərtlər altında mübarizə aparacaq”.
Novak Cokoviç Xorvatiyanın Zadar şəhərində başa çatan yoxlama xarakterli tennis turniri haqda da rəyini bildirib. O, özü ilə yanaşı Aleksandr Zverev, Qriqor Dimitrov və Marin Çiliç kimi məşhur tennisçilərin iştirakı ilə yarışın yüksək səviyyədə keçirildiyini söyləyib və qeyd edib ki, bu turnir 3 gün ərzində dünya idman ictimaiyyəti böyük maraqla izləyib. Serbiyalı tennisçi buna görə Xorvatiya Tennis Federasiyasına təşəkkür etməyi də unutmayıb.

CANLI YAYIM