"Arsenal" Unay Emerini istefaya göndərib

29 Noyabr, 16:26 Sosial mediada paylaşın:
İngiltərənin "Arsenal" klubu baş məşqçisi Unay Emerini istefaya göndərib.
 
48 yaşlı mütəxəssislə yollar komandanın uğursuz çıxışlarına görə ayrılıb. London təmsilçisi ispaniyalı məşqçinin rəhbərliyi altında ardıcıl 7 oyun qələbə qazana bilməyib. Bu, 27 il ərzində komandanın ən uğursuz göstəricisi olub.
 
Qeyd edək ki, Unay Emeri 2018-ci ilin yayından "Arsenal"a rəhbərlik edib. London təmsilçisi bu il Bakıda keçirilən Avropa Liqasının finalında "Çelsi"yə uduzub - 1:4. "Topçular" İngiltərə Premyer Liqasında 13 turdan sonra 18 xalla 8-ci pillədədir.